100 ton qızıldan və platindən hazırlanmış dünyanın ən dəbdəbəli yaxtası - Fotolar

Moderator.az Dünyanın ən bahalı 10 yaxtasını, yaxtaların qiymətlərini, eyni zamanda bəzi xüsusiyyətləri və sahibləri barədə məlumatları təqdim edir. 

Qeyd edək ki, müsəlmanlar bu işdə öndədirlər. Dünyanın milyarderləri siyahısına başçılıq edənlərin belə bir bahalı əmlaka sahib olmadıqlarını fikirləşəndə bu qənaətə gəlmək olar ki, bu yaxtaların sahiblərini daha çox ad, dəbdəbə, lovğalıq düşündürür, nəinki normal istirahət. Sonradan görmüşlük, yəni görməmişlik böyük dərddir.                                                                                                                              
İndi isə top 10 yaxta...                                                                                                             
10-cu yerdə Şeyx Nasir-əl Rəşidin "Ledi Morua" yaxtası durur. Qiyməti 210 milyon dollardır, uzunluğu 105 metrdir. Nağıl adası üslubunda qurulub.
9-cu yeri 256 milyon dollar dəyərində Rusiya milyarderi, özbək Əlişir Usmanovun yaxtası tutur.109,7 metr uzunluğundadır
8-ci yerdə 260 milyon dollar dəyərində "Əl-Məğrib" yaxtasıdır. Yaxtanın sahibi ərəb şeyxi Hamad bin Cassim bin Cabir əl Tanidir. Uzunluğu 133 metrdir. Helikopter meydnçası, kinoteatr və s. dəbdəbəsi var.
Yeddinci yeri əvvəllər Abramoviçə məxsus olan, indi isə Devid Qriffenin sahib olduğu 300 milyon dollarlıq dəyəri, 114,9 metr uzunluğunda "Relorus" meqa yaxtasıdır. Yaxtanın iki helikopteri, sualtı qayığı da var.
Altıncı yerdə Oman sultanı Kubas bin Səidin "Əl- Səid" yaxtasıdır. Yaxtanın dəyəri 330 milyon dollardır. Yaxtanın içi qiymətli metallarla işlənib.
Beşinci yeri Andrey Melniçenkonun sahib olduğu "A" adlı, 323 milyon dəyərində yaxtası tutur.
Dördüncü yerdə Birləşmiş Ərəb Əmiriliyinin baş naziri Şeyx Mühəmməd bin Rəşid əl Mahtumun "Dubay" yaxtasıdır. Yaxtanın qiyməti 350 milyon dollar, uzunluğu 162 metrdir.
Üçüncü yerdə "Əzzəm" yaxtasıdır. Bu dünyada ən uzun, ən böyük yaxtadır. Qiyməti 500 milyon dollardır. İnteryer qızılla işlənib. Hər şeyi var. Sahibi, əlbəttə, müsəlmandır - Birləşmiş Ərəb Əmirliyinin prezidenti, Əbu-Dabi əmiri Şeyx Xəlifə ibn Zayda əl-Nahayyana.
İkinci yerdə yəhudi Roman Abramoviçin 1milyard 200 milyon dəyərində, 170 metr uzunluğunda, tam zirehli, qış bağı belə olan "Eclipse" yaxtasıdır.
Nəhayət, birinci yer tutan qızıl "History Supreme" yaxtası. Bu yaxta həcmcə kiçikdir. 100 fut. 4milyard 800 milyon dollar dəyəri olan bu yaxta 100 ton qızıl və platindən hazırlanıb. Divarlar meteoritlərlə və tiranozavrların sümüklərilə işlənib. Yaxtanın sahibinin adını deyə bilmərik...






Fikirlər