Rusiyada müxalifət lideri HƏBS EDİLİB

Rusiyanın müxalifət lideri həbs edilib. 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvanın Simonovski məhkəməsi bazar ertəsi müxalifətçi Aleksey Navalnını razılaşdırılmamış mitinqlərdə iştiraka çağırışlara görə 20 sutkalıq həbs edib.

Qeyd edək ki, Navalnı sentyabrın 29-da dəfələrlə razılaşdırılmamış ictimai tədbirlərə çağırış etdiyinə görə saxlanılıb.

 






Fikirlər