İsrail müharibəyə hazırlaşır - Yaxın Şərqdə SULAR İSİNİR

İsrail müharibəyə hazırlaşır - Yaxın Şərqdə SULAR İSİNİR

İsrail ordusunun 2017-ci ildə həyata keçirdiyi hərbi təlimlər ölkənin Livan istiqamətində yeni bir müharibəyə hazırlaşdığını göstərir.

Publika.az xəbər verir ki, bu haqda “Yeni Şəfəq” nəşri yazıb.

İsrail mart ayından etibarən 8 hərbi təlim keçirib. Ən genişmiqyaslı təlim isə 5-14 sentyabr tarixlərində keçirilən “Light of the Grain” təlimləri olub. Bildirildi ki, 18 ay əvvəldən hazırlıqlarına başlanılan təlimin hədəfi İsrail ordusunun xarici güclərlə döyüş qabiliyyətini yoxlamaqdır. Təlimin ölkənin şimal sərhədində həyata keçirilməsi isə “xarici güc”ün məhz Livan olduğunu deməyə əsas verir.

İsraildəki hərbi mənbələr də təlimin Livan ordusunun hərbi gücünü artıran “Hizbullah”a qarşı mübarizəyə hazır olub-olmadığını öyrənmək üçün həyata keçirildiyini iddia edirlər.

İsrailə qarşı hücum ssenarisi ilə başlayan təlimə cəlb olunan hərbi texnika və canlı heyətin miqyası da diqqəti cəlb edirdi. İsrail ordusunun son genişmiqyaslı təlimi 1998-ci ildə Suriya ilə konvensional müharibə (düşmənin hərbi potensialının məhv edilməsinə yönəlmiş total müharibə - red.) öncəsi keçirilmişdi.






Fikirlər