PUTİNİN POPULİST MÜŞTƏBEHLİYİNİN ARXASINDAKI MİSKİN TƏNHALIQ – “Dostlar üçün kapitalizm”

PUTİNİN POPULİST MÜŞTƏBEHLİYİNİN ARXASINDAKI MİSKİN TƏNHALIQ – “Dostlar üçün kapitalizm”Ola bilər ki, Putin ölkəni daha təcavüzkar hala gətirsin

Putin, Stalin kimi idarə etmək və Abramoviç kimi yaşamağın mümkünlüyü vədləri dalğası üzərində hakimiyyətə gəldi. Həyatın belə bir sxemi onun ətrafını tam qane edirdi. Putin, KQB-dən olan dostları ilə birlikdə avtoritarizmin yumşaq versiyasını yarada bildi. Yeltsin dönəmindən qalma oliqarxlar, Putinə yaxın olan “güc nazirlikləri”nin də daxil olduğu Rusiya iqtisadi elitası ilə qarşıdurmaya getməyərək, böyük var-dövlətdən həzz almaq qərarına gəldilər.

Putin Xammal məhsullarının yüksək qiymətləri hesabına Rusiyanın şəhər orta sinfi də varlanmağa başladı. Hətta liberal ziyalılar da müəyyən mənada nəfəs ala bildilər. Sovet İttifaqından fərqli olaraq, Putinin idarə olunan demokratiyası ağıllı şəkildə sərhədləri açaraq, potensial disidentlərin xaricdə özləri üçün daha yaxşı həyat qurmasına imkan verdi. Putinin əlində geniş hakimiyyətin cəmləşdiyi şübhəsizdir. Onun rus millətçi bəlağətləri isə sadəcə olaraq sistem üçün bəzək-düzəkdir.

Vaxtilə Putinin baş naziri vəzifəsində işləmiş Mixail Kasyanov bütün bunların hamısını “dostlar üçün kapitalizm” adlandırır. On beş ilə yaxındır ki, dostlar üçün kapitalizm kifayət qədər yaxşı işləyib. O qədər yaxşı işləyib ki, hətta Rusiya vətəndaşlarının əksəriyyətini aldatmaq da mümkün olub.

Bu ilin yazında Putinə ən effektli tərif yağdıran Moskva analitiklərindən biri baş verənləri belə izah edirdi: “Biz indi varlıyıq, biz İtaliyan kostyumları geyinirik, İsveçrə saatları taxırıq və Qərb haqqında söhbət düşəndə, buna qarşı hər hansı natamamlıq kompleksi keçirmirik”.

Bu tərz izahda yüngülləşdirilmiş Putin avtoritarizminin əsasında yatmış iqtisadi kövrəklik isə inkar olunur. Bəli, Sovet yoldaşları Putinin dostları kimi dəbli geyinə bilməsələr də, hər halda bir çox çatışmazlıqlara baxmayaraq təchizatlı sistem yaratmışdılar. Amma Putinin kapitalist dostları Rusiya təbii sərvətlərinin və xaricdən alınan kreditlərin talanması hesabına varlanıblar. Bu işdə onlara xidmətdə hazır dayanmış Qərb bankları da yardım göstərib.

PUTİNİN POPULİST MÜŞTƏBEHLİYİNİN ARXASINDAKI MİSKİN TƏNHALIQ – “Dostlar üçün kapitalizm” Qərb sanksiyalrından gələn ikiqat zərbə və neftin qiymətinin düşməsi bu sxemi dağıdıb. Ən böyük ziyan isə daxili xarakter daşıyır. Rusiyanın kleptokratları (oğruların hakimiyyəti) və onun orta sinfinin yuxarı eşalonu Putin dövründə kef çəkib. Böyük mənfəət götürənlər, öz var-dövlətlərinin mənbəyinin haradan qaynaqlandığı haqqında qətiyyən düşünməyiblər. Bu cür varlanmanın fundamentinin necə dayanıqsız olması isə indi onların hamısına aydın olur. Putinin özünə vurğun millətçilik təbliğatı, son illər ərzində öz həyat şəraitinin yaxşılaşmasını və Qərblə inteqrasiyanı adi hal kimi qəbul edən ruslar üçün təskinlik yaratmır.

Rublun bu dərəcədə qiymətdən düşməsinin səbəblərindən biri də, ölkənin varlı insanlarının əllərindəki rublu sürətlə dollara dəyişməyə can atması ilə əlaqədardır. Varlanmış rus kapitalistləri sürətlə rubl zonasını tərk etməyə üz tutublar. Putinin “dostlar üçün kapitalizm”inin problemi onunla bağlıdır ki, bu müstəvidəki müttəfiqlər flyüger kimi daimi deyillər. Onların qaçışı Putinin caynaqlardan və dişlərdən məhrum olunması anlamına gəlmir. Ancaq iş orasındadır ki, Putinin Krım qambitinin iqtisadi problemləri getdikcə böyüyür və dərinləşir. O, yaranmış indiki şərtlər daxilində kleptokratiyadan əl çəkib, populist avtarkiyaya, (öz istehsalı hesabına ölkənin istehlak malları ilə təmin edilməsi) yerli istehsala doğru keçid edə bilər. Uzunmüddətli perespektiv üçün belə fəaliyyət, iqtisadi cəhətdən ölkəni məhvə sürükləyər. Lakin o da ola bilər ki, Putin ölkəni daha təcavüzkar hala gətirsin.

Bu gün Rusiya tənəzzülə doğru yuvarlanır. Onun indiki vəziyyətini soyuq müharibə dövründəki Sovet İttifaqının zəifləmiş 1980-ci illərinin sonu ilə müqayisə etmək daha düzgün olardı.


(“The Financial Times”)






Fikirlər