Böyük müharibəyə hazırlıq -Prezidentdən fövqəladə toplantı
Teleqraf.com-un məlumatına görə, Ukraynanın şərqində vəziyyətin pisləşməsi prezidenti belə bir addım atmağa vadar edib.
Poroşenkonun Mariupoldakı vəziyyətə nəzarəti ələ almaq üçün təcili tədiblər görülməsi barədə taşırıq verəcəyi gözlənilir. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dünya ölkələri liderləri ilə görüşü zamanı da Poroşenkonun hər tərəfli yardım göstərilməsi istiqamətində çağırış edəcəyi gözlənilir.
Qeyd edək ki, şəhərin son günlər hücumlara məruz qalması Kiyev hökumətini hərəkətə keçirib. Bu gün artilleriya atəşi nəticəsində ən azı 27 nəfərin öldüyü bildirilir. Separatçıların lideri Zaxarçenko Mariupolun azad olunmasını “ölən əsgərlərin xatirəsinə ən yaxşı hədiyyə” olacağı barədə açıqlama verib. Bu gün Mariupolda da Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. /axar.az/