ƏRDOGAN və TRAMP bölgədəki vəziyyəti MÜZAKİRƏ edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp bölgədəki vəziyyəti müzakirə edəcək. AzerTaym .az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. XİN rəhbəri qeyd edib ki, Ərdoğan və Tramp mütəmadi olaraq telefonla əlaqə saxlayır.
Çavuşoğlunun sözlərinə görə, bu gün prezidentlər bir çox məsələlərlə bağlı telefon danışığında fikir mübadiləsi aparacaq.