Ərdoğan Trampa mədəniyyət dərsi keçdi - “Hündür binalar tikmək SİZİ MƏDƏNİ ETMİR”

630_360_1492474239-7112-tramp-erdogan

Cənab Tramp mədəniyyət hadisəsini zahiri olaraq dəyərləndirən bir tipologiyadır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Bir şəhərin Qərb meyarlarına görə mədəni hesab edilməsi üçün yollarda işiqlandırma olması, palçıq olmaması kimi üzdə olan xüsusiyyətlərə baxılmalıdır. Halbuki, İslam meyarlarında bir şəhərin mədəni olmasını göstərən başqa cəhətlər var. Məsələn qapını kilidləmədən evdən çıxa bilmək, ehtiyac sahibi hər kəsə əl uzadılması, küçə heyvanlarına belə şəfqətlə davranılması. Bizim mədəniyyətimizdə mədənilik anlayışı budur. 40 mərtəbə, 100 mərtəbə hündür binalar tikmək sizi mədəni etmir. Biz də bu tələyə düşmüşük. Bizim anlayışımızda fərqli düşüncə insanlarına qapılar bağlanmayıb, ancaq Amerikadakı müsəlmanlar oradan qovulma qorxusu içindədirsə, demək ABŞ-da bir problem var. Tramp əvvəlcə bunu müzakirə etməlidir. Bizim hədəfimizdə insan yaradılmışların ən şərəflisidir. Görünən odur ki, Amerikada belə deyil”, – Ərdoğan bildirib.






Fikirlər