"NEMTSOVU biz qətl etdik!" – “YENİ RUSİYA” Video
Onlar Nemtsovun Rusiyaya xəyanət etdiyini bildiriblər:
“Biz “Yeni Rusiya” partizanları, “Rusiç” təxribat və hücum kəşfiyyat qrupu (DŞRQ) Moskvada keçirilməsi gözlənilən 1 mart mitinqi ərəfəsində Nemtsovun cəzasını vermək qərarına gəldik. O, həyatı boyu dövlətimizi və xalqımızı satdı. O, Donbasda xalqımızı öldürənləri dəstəklədi. Bu bizim ilk aksiyamızdır. Əgər kimsə, bundan sonra Nemtsovun yolu ilə gedərsə, eyni cəzanı alacaq”.
Rusiya hüquq mühafizə orqanları isə bu bəyanata hələlik heç bir reaksiya verməyib.
Qeyd edək ki, Boris Nemtsov fevralın 27-də saat 23:40-da Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.