Rusiyada siyasi qətl: Boris Nemtsov güllələndi - FOTO
Rusiyanın tanınmış dövlət xadimi və siyasətçisi, Yaroslavl şəhər dumasının deputatı Boris Nemtsov Moskvanın mərkəzində güllələnib.
Teleqraf.com-un məlumatına görə, bu barədə "İnterfaks" agentliyi hüquq-mühafizə orqanlarına istinadən informasiya yayıb. Mənbənin məluatına görə, Nemtsova ağ rəngli avtomobil yaxınlaşıb. Avtomobildəki naməlum şəxslər ona 4 dəfə atəş açıblar. Bundan sonra avtomobili sürüb aradan çıxıblar. Boris Nemtsov aldığı güllə yaralarından hadisə yerindəcə keçinib.
Nemtsov martın 1-də keçirilməsi planlaşdırılan "Vesna" ("Bahar") antiböhran marşının təşkilatçılarından biri idi.