27.05.2014.- "Pulu kəsilsə, Kadırov döyüşçülərini Moskvaya yeridəcək"

27.05.2014.- "Pulu kəsilsə, Kadırov döyüşçülərini Moskvaya yeridəcək"
27.05.2014.- "Pulu kəsilsə, Kadırov döyüşçülərini Moskvaya yeridəcək"













Donetskdə vuruşan “kadırovçu” çeçenlər Vladmiri Putinin əmri ilə göndərilib.

Bunu rusiyalı müxalifət lideri Boris Nemtsov Feysbuk səhifəsində yazıb.

“Fotoya inanmayanlar üçün. Donetskdəki kadırovçulardır. Onlar hətta özləri CNN-ə verdikləri açıqlamada bunu təsdiq etdilər. Putinin göstərişi ilə göndəriliblər. Əgər “milli lider” özünü pis aparsa və Kadırova ildə iki milyard dollar göndərməkdən imtina etsə, Kadırov onları Putindən xəbərsiz Moskvaya göndərəcək”, - deyə Nemtsov yazıb.


Nemtsov Putinin təbliğatının puça çıxdığını da deyib: “Kiyevdə benderlər və faşistlərin seçki ilə yığılacağı mifə çevrildi. Dmitri Yaroş və Oleq Tyaqniboka Vadim Rabinoviçdən daha az səs verdilər. Ukraynalı bender və faşistlər görünür çox güclü çıxdılar”.


"AzerTaym.az"






Fikirlər