Fransada ETİRAZ DALĞASI: yaralıların SAYI 200-ü KEÇDİ
Fransada benzinin qiymətinin qalxmasına qarşı keçirilən “Sarı jiletlilər“in etiraz aksiyası zamanı 227 nəfər xəsarət alıb. Publika.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin yaydığı son statistik məlumatda deyilir. Bildirilir ki, yaralılardan 6-sının vəziyyəti ağırdır. Aksiya zamanı 117 nəfər saxlanılıb, onlardan 75 nəfəri nəzarətə götürülüb. Etirazlar zamanı 10-a yaxın polis və jandarma da yaralanıb. Aksiyalarda 282 min nəfərin iştirak etdiyi deyilir. Qeyd edilir ki, aksiya iştirakçıları təkcə yanacağın qiymətinin və ona qoyulan vergilərin artırılmasına deyil, həm də ölkədə bütün qiymətlərin artımına öz etirazlarını bildirirlər.