İranlılar Bakıda BMT-yə etiraz edirlər - AKSİYA (FOTO)
Dünən İrandan Azərbaycana gələn dörd nəfər qaçqın Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı qarşısında etiraz aksiyası keçiriblər
"AzerTaym.az" AzNews.az-a istinadən xəbər verir ki, onlar üçüncü ölkədən sığnacaq alamaq üçün komisarlıqdan yardım istəyiblər.
Aksiyaçıların sözlərinə görə, on ildən artıqdır ki, BMT-nin Bakıdakı nümayyəndəliyində qeydiyyatdadırlar.
Təşkilatın Azərbaycandakı ofisinin götürdüyü öhdəliyə görə onları üçüncü ölkəyə göndərməliymişlər. Ancaq proses gecikir.
Artıq vaxtın çoxdan keçdiyini bildirən iranlılar BMT-nin Bakı ofisini qanunulara əməl etməyə, həmçinin götürdüyü öhdəliyi yerinə yetirməyə çağırıblar. O cümlədən, üçüncü ölkəyə getmələri üçün lazım olan sənədləri hazırlamalarını tələb ediblər.