31.07.2014- "Təfəkkür"ün tələbələri aksiya hazırlaşırlar
Təfəkkür Universitetinin tələbələri etiraz etməyə hazırlaşır.
Məlumata görə, onlar öz etirazlarını rektora imza toplamaq yolu ilə çatdırmaq istəyirlər. Təfəkkür universitetinin sonuncu kurs tələbələri etiraz aksiyası keçirməyi planlaşdırırlar. Bu barədə redaksiyaya müraciət edən bir qrup tələbə bildirib. Belə ki, artıq bir müddətdir ki, onlar rektorla görüşə bilmirlər.
Rektorla görüşün səbəbi tələbələrdən fakültələr üzrə 1000-2000 manat pul tələb olunmasıdır. Pulunu ödəməyən tələbə diplom ala bilmir. Bu prinsiplə həyata keçirilən təhsil maxinasiyası artıq məzun olacaq tələbələrin haqlı narazılıqğına səbəb olub. Tələbələr bildirilər ki, illik təhsil haqlarını da ödəyiyiblər lakin diplomlar üçün bizdən pul tələb edirlər. Tələbələrin sözlərinə görə əgər100-200 manat olsa idi yenə də razılaşardıq, amma bu məbləğdə pul vermək heç bir təələbənin imkanı daxilində deyil. Bu səbəbdən etiraz aksiyası keçirməyi planlaşdırırıq.
Məsələ ilə bağlı universitetlə davamlı əlaqə yaratmaq istəsəkdə yarada bilmədik və zənglərimizə cavab verilmədi.
Qarşı tərəfində möveyini dərc etməyə hazırıq.