Rəsmi Parisdən Trampa XƏBƏRDARLIQ: “Fransanın daxili işlərinə BURNUNU SOXMA!”

Fransa hökuməti ABŞ prezidenti Trampa xəbərdarlıq edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Jan-İv Le Drian ABŞ prezidenti Donald Trampı Fransanın daxili işlərinə qarışmamağa çağırıb. 
Trampın özünün Twitter hesabından Parisdəki aksiyalara münasibət bildirməsi və "Paris müaviləsi Parisə yaraşmır. İnsanlar təbiəti qorumaq üçün 3-cü dünya ölkələrinə artıq pul ödənilməsini istəmir.  Fransızlar "Biz Tramp istəyirik" deyə bağırırlar. Fransanı sevirəm"sözlərini yazması Fransa hökumətini qəzəbləndirib .
Xarici işlər naziri Jan-İv Le Drian üzünü ABŞ prezidentinə tutaraq deyib: “Fransanın daxili işlərinə burnunu soxma!”.

 






Fikirlər