Qafqazdan İKİNCİ CƏBHƏ və 3 mərhələdə Rusiyanın sonu

Qafqazdan İKİNCİ CƏBHƏ və 3 mərhələdə Rusiyanın sonu: “Troya atı” strategiyasının ŞOK DETALLARI

ABŞ-ın Rusiya barəsində “Troya atı” strategiyası, çox güman ki, xüsusi əməliyyat güclərinin iki eşelonundan istifadəni nəzərdə tutur.

Publika.az “Lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda Rusiya raket və artilleriya elmləri Akademiyasının prezidentinin informasiya siyasəti üzrə müavini, hərbi elmlər doktoru Konstantin Sivkov bildirib.

Ekspertin fikrincə, strategiyanın konkret reallaşdırılması əsasən, hibrid tipli hərbi hərəkətlərin aparılmasını nəzərdə tutur. Onun sözlərinə görə, daxili dağıdıcı potensialdan istifadə strategiyanın əsas ideyasıdır.

Konstantin Sivkov hesab edir ki, “Troya atı” strategiyasının həyata keçirilməsi mövcud hakimiyyətin devirilməsi məqsədi ilə əhalinin kütləvi çıxışlarıyla müşayiət olunan sosial partlayışdan başlanmalıdır. Strategiyanın reallaşdırılmasının ikinci mərhələsində xarici qeyri-müntəzəm hərbi birləşmələrdən istifadə mümkündür. Üçüncü mərhələdə isə, daimi və qeyri-müntəzəm birləşmələr, ABŞ Hərbi-Dəniz Qüvvələri, döyüş aviasiyası və onların müttəfiqləri istifadə edilə bilər. Bundan sonra “Troya atı” başa çatır və təcavüzkarın silahlı qüvvələri silahlı mübarizənin ənənəvi formalarına keçirlər.

Ekspert hesab edir ki, Rusiya barəsində strategiyanın ikinci mərhələsinin reallaşdırılmasında iki eşelondan istifadə oluna bilər.

“Bunlardan birincisinə iki qruplaşmanın daxil edilməsi mümkündür. Onlardan birini xüsusi əməliyyat güclərinin döyüşçüləri təşkil edəcək. Bu qüvvə Qərb strateji istiqamətindən Moskvaya qədər dərinliyə və sonra hərəkət edəcək. İkinci qruplaşma, Qafqaz xalqlarının nümayəndələri, həmçinin Türkiyə, Yaxın və Orta Şərqdən onlara yaxın etnoslardan, Şimali Qafqaz respublikaları və ətraf yerlərdən ibarət olacaq”, - ekspert vurğulayıb.

Onun sözlərinə görə, “Troya atı”nın ikinci eşelonu ABŞ-ın və Qərb müttəfiqlərinin müntəzəm xüsusi əməliyyat güclərindən ibarət olar bilər.

Martda Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının müdiri Valeri Qerasimov bildirmişdi ki, “Troya atı” strategiyasının mahiyyəti ən əhəmiyyətli obyektlərə yüksək dəqiqlikli silahlarla zərbələrin endirilməsi ilə yanaşı, “beşinci kolon”un etiraz potensialının aktiv istifadəsindən ibarətdir.






Fikirlər