Putin dünyanı ŞOKA SALDI - Son anda gördülər - FOTOLAR

 Norveçli balıqçılar ölkə sahillərində şübhəli görünüşə malik ağ balinaya rast gəliblər.

Redaktor.az "Guardian”qəzetinə istinadən xəbər verir ki, nəhəng canlının üzərindəki kəmərlər mütəxəssislərdə şübhə yaradıb. Onun Rusiya donanması tərəfindən təlim keçmiş cəsus balina olduğu irəli sürülür.
İddialara görə, dəniz canlısının üzərindəki kəmər kamera yerləşdirmək üçün nəzərdə tutulub. Maraqlıdır ki, balina balıqçıların gəmisinə müdaxilə edərək, ipləri dartıb. Ardınca isə balinanın insanlarla əyləndiyi, onlardan çəkinmədiyi diqqət çəkib.
Qeyd edək ki, 1980-ci illərdə SSRİ ordusu delfinlərdən cəsus kimi istifadə edib. Bu proqram 1990-cı ilə qədər davam edib. 




 






Fikirlər