Sentyabrın 30-u Fransada milli matəm günü elan olundu

Картинки по запросу fransa cumhurbaşkanı jack

Fransada eks-prezident Jak Şirakın ölümü ilə əlaqədar 30 sentyabr tarixi milli matəm günü elan edilib. “Qafqazinfo”nun məlumatına görə, həmin gün bütün ölkədə milli bayraqlar endiriləcək və bir dəqiqəlik sükut olacaq.

Daha əvvəl J.Şirakın xatirəsinə ehtiram olaraq, Eyfel qülləsinin işıqlarının söndürüləcəyi haqda xəbər verilmişdi.

Qeyd edək ki, Fransanın 22-ci prezidenti J. Şirak ötən gün 86 yaşında dünyasını dəyişib. O, ölkəyə 1995-2007-ci illərdə rəhbərlik edib.






Fikirlər