Hindistanın “dəmir ledi”si öldü: Beş günlük matəm elan olundu

Hindistanda Cayaram Cayalalitanın vəfatı, ilə əlaqədar 5 günlük ümummilli matəm elan olunub.

Modern.az xəbər verir ki, o, dekabrın 5-də ürək tutmasından Çennae şəhərindəki xəstəxanada dünyasını dəyişib. 

Ölkədə bütün bayraqlar endirilməlidir. Cayalalitanın 4 dəfə böyük nazir olduğu Tamilanda ştatında isə 7 günlük matəm elan olunub.

Cayaram Cayalalita Hindistan kinosunun keçmiş aktyoru, populyar siyasətçidir.

O, ötən ilin may ayında rəqiblərini böyük fərqlə (88 fazi) geridə qoyaraq 4-cü dəfə Tamilanda ştatının böyük naziri seçilib.

Cayalalita ştatda qadınların həyat şəraitinin yaxşılaşmasına nail olan siyasətçi kimi də tanınırdı.

 






Fikirlər