03.05.2014. - Ukrayna matəm içində: Odessada qan su yerinə axdı
Rusiya Xarici İşlər Nazirliyi Odessada baş verən faciəli hadisələrlə əlaqədar bəyanat yayıb.
Milli.Az-ın məlumatına görə, APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, bəyanatda baş verənlər Ukrayna hakimiyyətinin “cinayətkar məsuliyyətsizliyinin nəticəsi” kimi qiymətləndirilir.
Qeyd olunur ki, Ukraynada radikal millətçilər, o cümlədən “Pravıy sektor” ölkənin federallaşmasının və real konstitusion dəyişikliklərin tərəfdarlarına qarşı fiziki terror aparmaqla məşğuldur: “Rusiya XİN bu hadisələri kəskin qınayır, rəsmi Kiyevi və onun qərbli himayəçilərini güc özbaşınalığına son qoymağa, Ukrayna xalqı qarşısında məsuliyyət nümayiş etdirməyə çağırır”.
----------
09:33
Ukraynada federallaşma tərəfdarları ilə ölkənin bütövlüyünün tərəfdarları arasında toqquşma olub.
Milli.Az UNİAN-a istinadən xəbər verir ki, ötən gün baş verən hadisə zamanı onlarla adam həlak olub. Bundan başqa, bütövlük tərəfdarları federallaşma tərəfdarlarının Kulikovo meydanındakı Həmkarlar İttifaqlarının binasınahücum çəkiblər. Binanı yandırıblar.
Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 36 nəfərdən 43 nəfərə qədər adam ölüb. Xəsarət alanların isə sayı, hələ ki, dəqiqləşdirilir.
Milis qarşıdurmalarda iştirak edən 130 nəfəri saxlayıb. Hüquq mühafizə orqanlarında Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə – kütləvi iğtişaşlar, qəsdən adam öldürmə, hüquq-mühafizə orqanının əməkdaşına qarşı təhdid və zorakılıq, dələduzluq, dövlət binalarının zəbt edilməsi, əmlakı məqsədyönlü şəkildə zədələmək və ya məhv etmək maddələri ilə cinayət işi açılıb.
Baş verən hadisələrlə bağlı Odessa şəhərində 3, 4 və 5 may tarixlərində matəm elan olunub. Bu barədə qərarı Odessa şəhər şurası qəbul edib.