13.01.2014. - Qamət Süleymanov Suriyadakı radikal qruplaşmaları dəstəkləyən Əlixan Musayevlə bağlı bəyanat verdi
Mədinə Şəhəri Beynəlxalq İslam Universitetinin məzunlarının adından imzalanan bəyanatda Əlixan Musayev və Mübariz Qarayev təkfirçilərlə əlaqə, gəncləri təkfirçiliyə yönəltmə və təkfirçilərə dəstək verməklə sələf mənhəcinə müxalif olublar: “Çox sayda yalanlar danışdığına və ondan tələb edilən məsələlərdə açıqlama verməkdən boyun qaçırdığına görə Mədinə tələbələri Əlixan Musayev və Mübariz Qarayev mənhəclərini bəyan edənə qədər bizim sıralarımızdan tərk edilsinlər”.
Q. Süleymanov APA-ya bildirib ki, Ə. Musayevin son zamanlar nümayiş etdirdiyi fəaliyyəti “Xəvaricilər”ə daha yaxındır: “Əməllərindən açıq şəkildə hiss olunur ki, o, bizdən fərqli olaraq Suriyaya gedərək vuruşan qardaşlara dəstək verir və bizə qarşı müxalif mövqedədir”.
APA-nın əldə etdiyi məlumata görə isə, Ə. Musayev Suriyada gedən döyüşlərə böyük dəstək verir və Bəşər Əsədə qarşı vuruşan mücahidlərlə yaxın təmasdadır.