19.02.2014. - Kiyevdəki toqquşmada ölənlərin sayı 27 nəfərə çatıb
Kiyevdə tərəflər arasında baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 27-yə çatıb.
AzerTaym.az xəbər verir ki,ANS-in "UNİAN"-a istinadən məlumatına görə, Kiyevdə baş verən qarşıdurmada ölənlərin sayı artır.
Səhiyyə Xidmətinin rəhbəri Oleq Musiy toqquşma nəticəsində etirazçılardan 20 nəfərin öldüyünü, yaralı sayının isə 500-ə çatdığını bildirib.
Ukrayna daxili işlər nazirliyinin saytı da öz növbəsində qarşıdurmada 7 milis nəfərinin öldüyü barədə məlumat verib. Ölənlərin hamısının güllə yarasından dünyalarını dəyişdiyi deyilir.
Ukrayna Səhiyyə Nazirliyinin isə bildirilir ki, ötən gün 23:00-a olan məlumatında iğtişaşlarda 11 nəfərin öldüyünü təsdiqləyib.