Xəzərdəki faciə ilə bağlı - MATƏM elan olundu

 

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğınla bağlı Azərbaycanda matəm elan olunub.

AzNews.az xəbər verir ki, prezident İlham Əliyevin qərarı ilə ölkədə baş verən faciə, yaşanan insan itkisinə ölkə bir günlük (6 dekabr) matəm elan edilib.

Mediaya və televiziya kanallarına əyləncəli verilişlərin yayımlanması tövsiyə olunmur.

Qeyd edək ki, SOCAR-ın yaydığı rəsmi məlumata görə, 1 nəfərin öldüyü, 29 nəfərin isə itkin düşdüyü bildirilir. Onların axtarışları davam etsə də, sağ qalma ehtimalları yox dərəcəsindədir.

Hadisə ilə bağlı prezident tərəfindən komissiya yaradılıb. 






Fikirlər