95 ölü, 246 yaralı – Qanlı siyahı böyüyür

 

Dünən Ankarada baş verən qanlı terrorda ölənlərin sayı sürətlə artır. Son məlumatlara görə, ölü sayı 95-ə, yaralı sayı isə 246-ya yüksəlib. Ölənlər arasında 9 yaşlı uşağın da olduğu bildirilir.

"AzerTaym.az"-ın bildirdiyinə görə Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanlı siyahının böyüməsinə səbəb yaralıların bir çoxunun ağır vəziyyətdə olmasıdır. Həkimlərin səylərinə baxmayaraq, ağır yaralıları xilas etmək mümkün olmur. 

Rəsmi məlumatlara görə, terror «iki canlı bomba»nın Ankaradakı «Barış mitinqi» zamanı özünü partlatması ilə baş verib. Faciə ilə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.

 






Fikirlər