Koronavirusa yoluxan keçmiş Baş Nazir ÖLDÜ...
Liviyanın keçmiş Baş Naziri Mahmud Cibril koronavirusdan (COVID-19) ölüb. Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Misirin paytaxtı Qahirədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 68 yaşlı Cibrilin koronavirus testinin pozitiv çıxması barədə martın 26-da açıqlama verilmişdi. Xatırladaq ki, Mahmud Cibril Liviyanın Keçid Milli Şurasında ilk Baş Nazir olub. O, Milli Güclər İttifaqı Partiyasının sədri idi.