Qonşu ölkələrdə koronavirusla bağlı VƏZİYYƏT NECƏdir?

Qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət necədir?

Rusiyada son sutka ərzində daha 6 562 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 700 min 792-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı  217 min 614 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 173 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 10 667-yə çatıb. Ümumilikdə 472 min 511 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda sutka ərzində 5 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bununla ölkə üzrə xəstəliyə yoluxanların sayı 963-ə çatıb. Xəstəlik səbəbindən 15 nəfər həyatını itirib, 841 nəfər isə sağalaraq evinə buraxılıb.

Ermənistanda sutka ərzində daha 535 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 29 820-yə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 18 nəfər artaraq 521-ya çatıb. Ümumilikdə 17 427  pasiyent müalicə olunaraq sağalıb, 11 708  xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyula qədər uzadılıb.






Fikirlər