Qonşu ölkələrdə koronavirusla bağlı SON STATISTIKA...

Qonşu ölkələrdə koronavirusla bağlı son statistika

Rusiyada son sutka ərzində daha 7 843 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 553 min 301-ə çatıb.

  Bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı  241 min 481 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 194 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 7 478-ə çatıb. Ümumilikdə 304 min 342 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda sutka ərzində 9 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bununla ölkə üzrə xəstəliyə yoluxanların sayı 888-ə çatıb. Xəstəlik səbəbindən 14 nəfər həyatını itirib, 731 nəfər isə sağalaraq evinə buraxılıb.

İranda son sutka ərzində 2 612 koronavirusa yoluxma faktı qeydə alınıb, 120  nəfər vəfat edib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib. Onun sözlərinə görə, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 195 min 50-yə, xəstəlikdən ölənlərin sayı 9 185-ə yüksəlib.

Ermənistanda sutka ərzində daha 544 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 18 033-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 9 nəfər artaraq 302-yə çatıb. Ümumilikdə 6 814  pasiyent müalicə olunaraq sağalıb, 10 818 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyula qədər uzadılıb. /“Qafqazinfo”






Fikirlər