Rusiyada koronavirusa yoluxanların sayı 70 minə ÇATIR
Rusiyada son 24 saat ərzində daha 5 849 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 68 622-yə çatıb.
“AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə ötən gün ərzində daha 60 nəfər artaraq 615-ə çatıb. Bununla yanaşı, son sutka ərzində xəstəlikdən sağalanların sayı daha 677 nəfər artaraq 5 568-ə çatıb.