Dəyəri 10 MİLYARDdan çox YÜK boğazda ilişib qalıb - Yaponiya mənşəli GƏMİYƏ görə
Yaponiya mənşəli “Ever Given” adlı konteyner daşıyıcı gəminin Süveyş kanalında quma oturması, dünya iqtisadiyyatının boğazında ilişib qalan sümüyü xatırladır. “Bloomberg” agentliyinin məlumatına əsasən, neft də daxil olmaqla kanaldan keçə bilməyən yüklərin ümumi dəyəri 10 milyard dollardan çoxdur. Hazırkı ana qədər 185 gəmi marşrut üzrə keçməyi gözləyir, onlardan ən azı üçü sadəcə yerindən tərpənə bilmir. Süveyş kanalından hər gün 50 gəminin keçdiyi nəzərə alınsa situasiyanın gələcəkdə daha ağırlaşacağını proqnozlaşdırmaq çətin olmaz. Məsələn, Çindən Avropaya gedən hər 12 metrlik konteynerin qiyməti 4 dəfə artaraq 8 minə çatıb. Yaxın Şərqdən Çinə gedən çox böyük tankerlərin (VLCC) gəliri isə gündə 1371 dollar olub. İldə 1 milyon barrel neft daşıyan “Suezmax” gəmilərinin fraxtı indi bir gündə 17 min dollardır. Kanalın bir neçə həftəliyə bağlanması gəmilərin alternativ yol kimi bütün Afrikanı dolanaraq keçməsi anlamına gəlir ki, bu da əlavə 9,6 min kilometr yol və supertanker üçün 300 min ton yanacaq məsrəfi deməkdir. Lloyd's List şirkətinin hesablamalarına görə Süveyş kanalının bağlı qaldığı hər bir saat dünya ticarətinə 400 milyon dollara başa gəlir. Şirkət artıq Qərb istiqamətinə malların günlük dəyərinin 5,1 milyard dollar, Şərq istiqamətində isə 4,5 milyard dollar həcmində olduğunu bildirir. Eksertlərin rəyinə görə, onlarla gəminin Süveyş sularında ililşi qalması neft qiymətlərinin də 10% artmasına səbəb ola bilər.