“Google”da “Bayraktar” PUA-larını ən çox ermənilər axtarıb ...

“Google”da “Bayraktar” PUA-larını ən çox ermənilər axtarıb

Türkiyənin yerli və milli müdafiə sənayesinə yönəlməsindən sonra “Baykar Mühəndislik” tərəfindən istehsal edilən “Bayraktar TB-2” Azərbaycanın Qarabağdakı zəfərində mühüm əhəmiyyət kəsb edib və bununla dünyanın diqqətini cəlb edib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində erməni hərbçilərinin qorxulu yuxusuna çevrilən PUA-ları ən çox araşdıran ölkələr bəlli olub.

Məlum olub ki, “Bayraktar” PUA-larını “Google”da axtaran ölkə Ermənistan olub.

Düşməınə qarşı döyüşlərin ən aktiv fazasında istifadə edilən PUA-larla maraqlanan ölkələr arasında Azərbaycan ikincidir. Tqrkiyə bu siyahıda üçüncüdür.

“Google”un statistikasına əsasən, ermənilər “Bayraktar”la son bir ildir maraqlanırlar.

Müharibənin başladığı 27 sentyabr tarixindən “Bayraktar”a böyük maraq yaranıb. Ən çox axtarış isə 4-10 oktyabr dövrünə təsadüf edir.

 





 






Fikirlər