Ukraynanın taxıl gəmisinin İstanbula çatacağı vaxt açıqlandı ...

Ukraynanın taxıl gəmisinin İstanbula çatacağı vaxt açıqlandı

 

Ukraynadan taxıl daşıyan ilk gəmi sabah saat 16:00 radələrində İstanbul boğazında olacaq.

“Qafqazinfo” Anadolu-ya istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə,  Rusiya-Ukrayna-Türkiyə-BMT təmsilçilərindən ibarət heyət gəmidəki yükü yoxlayacaq.

Bundan sonra isə göyərtəsində 27 min ton taxıl olan gəmi Livana doğru hərəkətini davam etdirəcək.

Akar, eyni zamanda qeyd edib ki, bu protokol bütün gəmilərə şamil olunacaq.

Taxıl tədarükünün önəmini qeyd edən Türkiyənin müdafiə naziri Rusiya və Ukraynanın bu məsələdə dünyada çox önəmli yerə sahib olduğunu bildirib: “Dünya taxılının 1/3-ü bu ölkələrdə istehsal olunur”.

O qeyd edib ki, iki ölkə arasında toqquşmaya görə taxılın limanlardan çıxarılmasında problem yaşanıb və bu da dünyada qida çatışmazlığı riskini artırır.

 

 






Fikirlər