İsrail İran PUA-larını vurmaq üçün Ukraynaya dəstək vermək qərarına gəldi...

İsrail İran PUA-larını vurmaq üçün Ukraynaya dəstək vermək qərarına gəldi...

İsrail Ukraynaya zərbə tipli pilotsuz uçuş aparatlarına qarşı sistemlər ötürmək qərarına gəlib.
 
Ads by 
1
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Moderator.az xəbər verir ki, bu haqda “DroneDJ” nəşri məlumat yayıb.
 
Söhbət Rusiya silahlı qüvvələrinin Ukraynada "Geran-2" adı ilə istifadə etdiyi İran istehsalı olan "Şahed-136" PUA-larından gedir.  Ötən həftə ərzində İranın pilotsuz təyyarələrinin hücumları Ukrayna Silahlı Qüvvələrinə xeyli ziyan vurub. Rəsmi olaraq bəhs edilən İsrail silahlarının Ukraynaya tədarükü qadağandır. Lakin İsrail hökuməti Ukrayna hərbçiləri ilə  dron əleyhinə müasir sistemlərin hazırlanması və istehsalı ilə məşğul olan İsrail şirkəti arasında razılaşmaya göz yumub. Müqavilə formal olaraq İsrail tərəfi ilə Polşa arasında bağlandığından  döyüş kompleksləri artıq oradan Ukraynaya göndərilir. Görünür, İsrail "Geran-2" pilotsuz uçuş aparatlarının və İranın "Şahed-136" kamikadze pilotsuz təyyarələrinin tam identikliyini nəzərə alaraq İsrail silahlarının İran PUA-larına qarşı təsirli olduğu halda sistemlərin digər pilotsuz təyyarələri də uğurla vuracağını düşünüb. 
 
“Mətbuatda bir İsrail şirkətinin Polşadan vasitəçi kimi istifadə edərək Kiyev hakimiyyətinə anti-PUA sistemləri göndərməklə ölkənin Rusiya və Ukrayna arasındakı münaqişədə tərəf tutmaqdan rəsmi imtina etməsindən yan keçməyə çalışdığı barədə xəbərlər yayılıb. İlk olaraq ivrit dilli “Zman Yisrael” və “The Times of Israel” saytları tərəfindən dərc edilən hesabatda adı açıqlanmayan bir müdafiə şirkətinin Ukraynanın nəzərdə tutulan alıcı olduğunu bildiyi üçün Polşadakı bir şirkətə PUA əleyhinə sistem verməyi planlaşdırdığı iddia edilir. Bu sistem İsrail tərəfindən Ukraynaya satışı qadağan edilmiş "mütərəqqi müdafiə texnologiyası" kimi təsnif edilsə də, istər milli hökumət, istərsə də Müdafiə Nazirliyi nəticədə Rusiya tərəfindən  istifadə oluna biləcək pilotsuz təyyarələrə qarşı PUA əleyhinə müdafiə vasitələrinin tədarükünü ləğv etmək niyyətində deyil” – “DroneDJ” nəşrinin yaydığı məlumatda belə deyilir.
 
Sultan Laçın






Fikirlər