Kiyev yenə vuruldu...- Bu dəfə İran dronlarıyla...- Dağıntılar altından 18 nəfər...-FOTO

Kiyev yenə vuruldu...- Bu dəfə İran dronlarıyla...- Dağıntılar altından 18 nəfər...-FOTO

Oktyabrın 17-də səhər saatlarında Ukrayna paytaxtında yenidən partlayış səsləri eşidilib.
 
Moderator.az "UNİAN"a istinadla  xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.
 
"Bütün xidmətlər yoldadır. Təfərrüatlar daha sonra. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!", - deyə Kliçko çağırış edib.
Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.
 
"TSN" kanalı xəbər verir ki, partlayış yerində yanğın başlayıb.
 
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak paytaxta kamikadze pilotsuz uçan aparatlarla hücum edildiyini bildirib.
 
"Ruslar bunun onlara kömək edəcəyini düşünürlər, lakin bu cür hərəkətlər ölümqabağı əzaba bənzəyir. Bizə daha çox hava hücumundan müdafiə sistemləri və mümkün qədər tez lazımdır. Bizim yavaş hərəkətlərə vaxtımız yoxdur. Səmanı qorumaq və düşməni məhv etmək üçün daha çox silah. Bu belə də olacaq..." -deyib Ukrayna rəsmisi.

08:45

Az əvvəl Kiyev meri Kliçko məlumat verib ki, zərbələr qeyri-yaşayış məkanına endirilib,lakin yaxınlıqdakı yaşayış binalarına da zərər dəyib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir...

09:36

Hələlik zərərçəkənlərin olması haqda məlumat yoxdur. Bu arada "UNİAN"  mer V.Kliçkonun paylaşdığı vı Kiyevə son zərbələrin məhz İran dronlarıyla endirildiyini təsdiqləyən fotonu təqdim edib.

09:41

Hazırda kamikadze dronlarla hücumundan sonra Ukrayna paytaxtının bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

11:40

Mer Vitali Kliçko bildirib ki, dorn zərbələrindən sonra yaşayış evində  baş vermiş partlayış nəticəsində dağıntılar altında insanlar qalıb. İndiyədək 18 nəfər xilas edilib. İlkin məlumata görə, dağıntılar altında iki nəfər qalıb. Xilasetmə və yanan konstruksiyaların söndürülməsi işləri davam etdirilir.
Zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir.

Son vaxtlar Rusiya raket zərbələri ilə yanaşı, İran istehsalı olan kamikadze dronlardan da hücumlar üçün fəal şəkildə yararlanmağa başlayıb. İşğalçılar onlardan infrastruktur obyektlərini vurmaq üçün istifadə edirlər.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya İrandan 2400 ədəd “Şahed” kamikadze dronu sifariş edib.

Xatırladılır ki, oktyabrın 16-da axşam saatlarında Rusiya işğalçılarının Nikolayevə hücum etdiyi “Şahed-136” tipli İran kamikadzeləri sənaye infrastrukturuna və əczaçılıq anbarına zərbə vurub...

Sultan Laçın






Fikirlər