AB Rusiyanın təxminən 68 milyard avro dəyərindəki aktivlərini dondurdu...

Avropa İttifaqı Rusiyanın təxminən 68 milyard avro dəyərində aktivlərini dondurub, həmin aktivlərin əksəriyyəti isə Belçikadadır.

Musavat.om xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Politico saytı məlumat yayıb. Saytın informasiyasına əsasən, Belçikada Rusiya vətəndaşlarına aid 50 milyard avro dondurulub. Dondurulmuş aktivlərin həcminə görə ikinci yerdə Lüksemburqdur - 5,5 milyard avro. Adları çəkilən ölkələr İtaliya, Almaniya, İrlandiya, Avstriya və Fransa ilə birlikdə dondurulmuş aktivlərin 90%-dən çoxunu əllərində saxlayırlar.

Avropa İttifaqı Rusiyanın milli ehtiyatlarına aid edilən dəqiq məbləği bilmir, lakin onun təxminən 33,8 milyard avro olduğu ehtimal olunur.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ, Avropa Birliyi və bir sıra digər ölkələr Rusiya və rus oliqarxlarının aktivlərinə qarşı ciddi sanksiyalar tətbiq edib. Noyabrda Rusiya Böyük Britaniyanın ona qarşı tətbiq etdiyi sanksiyaların sayına görə bu göstəricidə Liviya və İranı qabaqlayaraq “lider” olub. Böyük Britaniya hökuməti Rusiya vətəndaşlarına məxsus 18 milyard funt sterlinq və ya 20,5 milyard dollar dəyərində olan bütün aktivləri mənimsəyib.






Fikirlər