ABŞ Ukraynaya 2 milyard dollarlıq hərbi yardım ayırdığını bildirib

Cümə günü Bayden administrasiyası Ukraynaya təhlükəsizlik sahəsində ümumi dəyəri 2,2 milyard dollar olan iki yeni yardım paketini elan edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Bu paketlərə Ukraynaya kömək etmək üçün olduqca mühüm hava hücumundan müdafiə vasitələri və pilotsuz uçuş aparatları daxildir. Həmçinin Ukraynanın səmərəli istifadə etdiyi zirehli transportyorlaar və digər avadanlıqlardır, o cümlədən “Javelin” tank əleyhinə raketlər, artilleriya sursatları, HIMARS üçün adi və uzun mənzilli raketlər daxildir”, - dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Ukrayna üçün yeni qabaqcıl silahlar arasında “Boeing” istehsalı olan kiçik diametrli yerüstü bomba var. İlk dəfədir ki, ABŞ Ukraynaya Kiyevin çoxdan istədiyi uzun mənzilli raket göndərib.

Aşağıda ABŞ-ın 31-ci hərbi yardım paketinə daxil olanların tam siyahısı verilib:

- HIMARS üçün raketlər

- 155 milimetrlik artilleriya mərmiləri

- 120 milimetrlik minaatan kompleksi

- Pilotsuz aviasiya sistemlərinə qarşı mübarizə aparmaq üçün termal görüntüləmə hədəfli və müvafiq döyüş sursatları olan 190 iri kalibrli pulemyot

- 181 mina əleyhinə maşın

- 250 “Javelin” tank əleyhinə kompleks

- 2000 tank əleyhinə raket

- Claymore piyada əleyhinə döyüş sursatları

- Dağıdıcı döyüş sursatları

- Qış geyimləri, dəbilqələr və digər sahə avadanlıqları

Həmçinin Pentaqon ABŞ müdafiə sənayesindən Ukrayna üçün aşağıdakı malları istəyəcək:

- İki HAWK Hava Hücumundan Müdafiə qurğusu

- Zenit silahları və döyüş sursatları

- Qərb Hava Hücumundan Müdafiə buraxılış qurğularının inteqrasiyası üçün avadanlıq, raketlər və Hava Hücumundan Müdafiə sistemləri üçün radarlar

- Ukraynanın hava hücumundan müdafiə potensialını qorumaq üçün avadanlıq

- Hava Hücumundan Müdafiə generatorları

- Pilotsuz hava sistemlərinə qarşı mübarizə vasitələri

- Dörd hava müşahidə radarı

- 20 minaatan əleyhinə radiolokasiya sistemi

- Əks- artilleriya radarları üçün ehtiyat hissələri

- “Puma” pilotsuz hava sistemləri

- Yüksək dəqiqlikli raketlər

- Təhlükəsiz rabitə avadanlığı

- Tibbi preparatlar

- Təlim, xidmət və dəstəyin maliyyələşdirilməsi.

Bayden Administrasiyasının hakimiyyətə gəlməsindən bəri ABŞ ümumilikdə təhlükəsizlik sahəsində Ukraynaya 30 milyard dollarlıq yardm ayırıb.

"Bu gün yalnız Rusiya əsassız müharibəni bitirə bilər. Bu, baş verməyənə qədər, lazım olduğu qədər Ukrayna ilə birlikdə olacağıq",- Blinken öz bəyanatında bildirib.






Fikirlər