NƏHAYƏT! Bayden açıqladı: Ukraynaya ən müasir hava hücumundan müdafiə sistemləri verilir!

Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.

 Minval.az xəbər verir ki, söhbətin əsas mövzusu Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü olub.

Zelenski bu barədə Telegram sosial şəbəkəsində yazıb.

“ABŞ prezidenti Co Baydenlə məhsuldar söhbət baş tutdu. Əsas müzakirə mövzusu hava hücumundan müdafiə oldu. İndi bu, müdafiə sahəsində əməkdaşlığımızda bir nömrəli prioritetdir”, - deyə Ukrayna dövlətinin başçısı yazıb.

Ağ Evin mətbuat xidmətinin bəyanatında həmçinin bildirilib ki, Co Bayden telefon danışığı zamanı Zelenskiyə Vaşinqtonun Kiyevə hərbi yardımı davam etdirmək niyyətində olduğunu qeyd edib, o cümlədən müasir hava hücumundan müdafiə sistemlərinin tədarükünə söz verib. 






Fikirlər