Holland geoloq: Fevralın 8-də yeni zəlzələ olacaq...
Türkiyə və Suriyada güclü zəlzələ baş verməzdən 3 gün əvvəl bu hadisəni proqnozlaşdırdığı iddia edilən holland geoloq bu xəbəri "saxta" adlandırıb. Yenisabah.az "Al Mayadeen"ə istinadla xəbər verir ki, Frank Hogerbits onun adından istifadə edilməklə sosial mediada saxta səhifənin yaradıldığını da bildirib. Geoloq bu səhifədə paylaşılan məlumatlardan çəkinməyə çağırıb. Eyni zaman, Frank Hogerbits sosial şəbəkə hesabında bu gün video məlumat yerləşdirəcəyini açıqlayıb. O, fevralın 8-də yeni yeraltı təkanların olacağı barədə xəbərdarlıq edib.