Ukraynada 8 Mart, 1 May və Qələbə günləri ləğv olunur...

Ukraynada 8 Mart, 1 May və Qələbə günləri ləğv olunur

Ukrayna Ali Radasına 8 Mart – Beynəlxalq Qadınlar, 1 May – Beynəlxalq Əmək və 9 May - Qələbə günlərinin qeyd edilməsinin ləğvi haqqında qanun layihəsi təqdim edilib.

Sənəd parlamentin saytında dərc olunub.
 
Belə ki, layihədə 8 Mart əvəzinə yeni dövlət bayramının - fevralın 25-də Ukrayna Qadını Gününün təsis edilməsi və rəsmi istirahət günü olması təklif edilib.
 
Bu tarix ukraynalı şairə Lesya Ukrainkanın doğum günü şərəfinə seçilib. İstirahət günü kimi martın 9-u - şair Taras Şevçenkonun doğum günü olması təklif edilir.
 

 

Bundan başqa, sənəddə 1 May Əmək Günü və 9 May Qələbə Gününün qeyd edilməsinin ləğv edilməsi, bunun əvəzinə yalnız 8 Mayda Anım və Barışıq Gününün qeyd edilməsi təklif olunur.






Fikirlər