2020-ci ilin qeyri-iş günləri açıqlandı - TƏQVİM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Nazirlikdən məlumata görə, 2020-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən 2020-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar - Yeni il bayramı;

20 Yanvar - Ümumxalq Hüzn günü;

8 Mart - Qadınlar günü;

20, 21, 22, 23, 24 mart - Novruz bayramı;

9 May - Faşizm üzərində Qələbə günü;

24,25 may - Ramazan bayramı;

28 May - Respublika günü;

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü;

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

31 iyul,1 avqust - Qurban bayramı;

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar, 9, 25, 26 mart, 11, 26 may, 3 avqust tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 9, 25 mart, 26 may tarixləri istirahət günləridir.

"AzerTaym.az"






Fikirlər