ABŞ Ukraynaya yeni uzaqvuran silah göndərir ...
Birləşmiş Ştatlar Ukraynaya "Boeing" şirkətinin istehsalı olan, 72 km məsafədəki hədəfləri vurmağa qadir olan uzaq mənzilli GPS idarəolunan bombalar verəcək. Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, Pentaqon bundan əvvəl dekabrın 21-də elan edilən 1,85 milyard dollarlıq paketin bir hissəsi olaraq Ukraynaya "dəqiq idarə olunan hava-desant sursatları" göndərəcəyini bildirmişdi. Bununla belə, iki yaxşı məlumatlı mənbə agentliyə bildirib ki, söhbət "Jdam-ER" uzaqmənzilli silahlardan gedir.