Bu ölkəyə Rusiya ilə bağlı ÇAĞIRIŞ EDİLDİ - Təzyiq göstərin!

Almaniya kansleri Olaf Şolz Almaniya Bundestaqında mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Şolz Çini müharibədə istifadə etmək üçün Rusiyaya silah göndərməməyə çağırıb.

O, rəsmi Pekinə açıq mesaj verib:

“Çinə açıq mesajım budur: Rus qoşunlarının geri çəkilməsini təmin etmək üçün Moskvadakı təsirinizdən istifadə edin. Təcavüzkar Rusiyaya heç bir silah verməyin və təzyiq edin”.

Şolz silah dəstəyi əvəzinə Moskvaya müharibənin dayandırılması üçün təzyiq edilməli olduğunu bildirib və əlavə edib ki, Pekinin nüvə gərginliyini azaltmaq səylərini alqışlayır.

Almaniya kansleri Şolz Putinin müharibəni bitirmək üçün lazım olan sülh danışıqlarına hazır olmadığını bildirib. Onun sözlərinə görə, hazırda Putinin danışıqlar masasına oturacağına dair heç bir işarə yoxdur.






Fikirlər