"Həm çeçen hakimi, həm də Kreml rəhbəri törətdikəri bütün cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir..."
Ukrayna ərazisində Kadırovu devirmək və Putini məhkəməyə vermək əmrini gözləyən legion formalaşıb
Ukraynada xarici legionun tərkibində İçkeriya Respublikasının silahlı qüvvələri fəaliyyətdədir.
Moderator.az xəbər verir ki, bu barədə sürgündə olan hökumətin rəhbəri Əhməd Zakayev "Müharibə xronikası" proqramı üçün jurnalist Tatyana Popovaya müsahibəsində deyib.
Zakayevin sözlərinə görə, İçkeriya Respublikası qoşunlarının formalaşdırılması prosesi 26 noyabr 2022-ci ildə, prezident Vladimir Zelenski tərəfindən xarici legionun yaradılması haqqında fərman imzalandıqdan sonra başlanıb. Elə həmin vaxt Zakayev Rusiya təcavüzünə qarşı durmaq üçün çeçenlərə könüllülər sıralarına qoşulmağa çağırış edib.
"Bu gün Ukraynada daimi əsaslarla İçkeriya Respublikasının müdafiə nazirliyi fəaliyyətdədir. Mən çox vaxt praktiki olaraq Ukraynada həm ali baş komandan, həm də işğaldan azadetmə dövlət komitəsinin sədri kimi oluram.
Biz Ukraynanın bir idarəsi ilə bizim idarə arasında hərbi əməkdaşlıq və qarşılıqlı əlaqə barədə saziş imzalamışıq. Ona görə də bu gün demək olar ki, bu il ərzində biz praktiki olaraq məhz Ukrayna ərazisində İçkeriua Çeçen Respublikası silahlı qüvvələrini bərpa etməyə müvəffəq olmuşuq.
Bax, burada yaratdığımız bu legion, bu tabor, prinsipcə, işğaldan azadetmənin və Çeçenistan ərazisində çeçen dövlətçilirinin bərpasının avanqardı olacaq", - o, deyib.
Onun fikrincə, həm çeçenlər, həm də Belarus legionu Belarus və Rusiyanın indiki hakim rejimindən azad edilmənin əsas nüvəsi olacaq.
"Düşünürəm ki, bu legion Rusiyada və Rusiya siyasətində mövcud reallıqları dəyişməkdə maraqlı olmalıdır. Bu, imperiya siyasətindən, imperializmdən imtina deməkdir. Bu, bu ölkədə yaşayan xalqların müstəmləkədən azad olunması yolu ilə getməsi deməkdir.
Mən əminəm ki, bu gün Ukraynada döyüşən və bununla da öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaqda davam edənlər bunu məhz belə anlayır. Bu adamlarda, çeçenlərdə belə anlaşma var. Mən inanıram ki, bu gün burada olan ruslar, belaruslar, Qafqazın digər xalqlarında da bu var", - Zakayey deyib.
O, qeyd edib ki, İçkeriya Respublikası hakimiyyəti qarşısına Çeçenistan rəhbəri Ramzan Kadırovun aradan götürülməsi vəzifəsini qoyub.
Zakayevin fikrincə, həm çeçen hakimi, həm Kreml rəhbəri məhkəmə qarşısına çıxarılmalı və Rusiyanın ərazisində və onun hüdudlarından kənarda törətdiyi bütün cinayətlərə görə tam məsuliyyət daşımalıdır.