ZAKAYEV KADIROVUN çağırışına cavab verdi
Qohumlarımla yoldaş Ramzan Kadırovun görüşməsi barədə danışmamışam. AzerTaym.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İçkeriyanın azadlığı uğrunda Rusiya ilə silahlı mübarizə aparan hərbi qüvvələrin keçmiş briqada generalı, İngiltərədə mühacir həyatı sürən Əhməd Zakayev deyib. Onun sözlərinə görə, qohumları ilə çoxdan əlaqəsi kəsilib: “Son günlər yoldaş Kadırov mənim qohumlarımla əlaqə yaratmağa çalışıb. Bu yolda qohumlarıma təzyiqlər göstərilib. Baxmayaraq ki, bu günədək qohumlarımın məndən imtina etmələri üçün təsirlər ediblər. Bütün bunların səbəbi mənim Çeçenistan və Rusiya arasındakı münasibətlərə olan mövqeyimdir. Mən hələ də münasibətlərin Yeltsinlə Məshədov arasında bağlanmış müqaviləyə əsasən tənzimlənməli olduğu fikrindəyyəm”. Xatırladaq ki, daha öncə Çeçenistan Prezidenti Ramzan Kadırov Zakayevin qardaşı və bacısıgilə qonaq gedərək, qardaşlarını ölkəyə dəvət etmələrini xahiş edib. Prezident Zakayevin təhlükəsiz şəraitdə yaşayacağını və onun üçün heç bir təhdidin mövcud olmadığını deyib. Zakayev BBC-yə müsahibəsi zamanı bu təklifə də rəy verib: “Çeçenistanda heç nə dəyişməyib. Mənim ora qayıtmaq fikrim yoxdur. Çünki Çeçenistan hələ də əsarətdədir”.