RAMAZAN KADIROVU GÜLLƏLƏDİLƏR - Rus mətbuatı xəbər yaydı...

Çeçenistanın Prezidenti Ramzan Kadırov

"Moskva Xalq Respublikası"nın başçısı Yeremey Mudrıy Moskvanın azad edilməsi üçün hərbi əməliyyatın başlandığını deyir.

7news.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, artıq paytaxtın bütün əyalətlərində  polislə separatistlərin toqquşma halları müşahidə olunur.

Rus qruplaşmalarından birinin səhər saatlarında "Vkontakte" sosial şəbəkəsində yazdığına görə, bu gün Çeçenistanın Prezidenti Ramzan Kadırovun maşını MXR silahlıları tərəfindən atəşə tutulub.

Kadırovun özü isə başından güllə yarası ilə Sklifosofski adına instituta çatdırılıb.

Onun həkimini Oleq Belenkin əməliyyata başlamamışdan əvvəl deyib: "Ramzan Kadırovun başından vurmaq qeyri-mümkün idi. Bu vəziyyətdə başdan vurmaq, 30-cu mərtəbədən unitazı "tuşqunlamaq" kimidir."

Kadırovun hal-hazırkı vəziyyətindən hələ heç bir məlumat yoxdur.






Fikirlər