Peyğəmbərin saçı Moskvaya gətirildi

Saç Moskvadakı məsciddə qorunacaq

Moskvada Qurban bayramı ərəfəsində təntənəli mərasimlə açılan Avropanın ən böyük məscidində bu günlər tarixi bir hadisə yaşanır.

ANS PRESS-in xəbərinə görə, bu məscidə Hz. Məhəmməd peyğəmbərin saçı gətirilib və bu müqəddəs əmanət bundan sonra əbədi olaraq Moskva məscidində gorunacaq. Çeçenistan prezidenti Ramzan Kadırovun Rusiya Müftilər Şurasının sədri Ravil Gaynutdinə hədiyyə etdiyi müqəddəs əmanət Moskvaya xususi təyyarə reysi ilə çatdırılaraq, Moskva məscidinə gətirilib.


 Peyğəmbərin saçı

Salavat sədaları altında garşılanan əmanət daha sonra məsciddə bir şüşə gabın içində nümayiş etdirildi. Mərasimdə çıxış edən Rusiya Müftisü Ravil Gaynutdin və Çeçenistan prezidentinin köməkçisi Adam Delimxanov bu tarixi hadisənin önəminə diqqət çəkərək 30 milyona yaxın müsəlmanın yaşadığı bir ölkədə peyğəmbərimizin saçının paytaxt Moskvada gorunacağını deyib. Hz Məhəmməd peyğəmbərə aid olan bu saç teli sadəcə bayram günlərində xalga nümayiş etdiriləcək. Digər vaxtlarda isə xüsusi mühafizə edilən bir yerdə qorunacaq.



Məscidə gətirilən əmanət 

Rusiya müftisi Ravil Gaynutdin ANS PRESS-ə bildirib ki, bu müqəddəs əmanətin Moskva məscidənə hədiyyə edilməsi o deməkdir ki, Allahın rəhməti onların üzərində olacaq və həm Moskva, həm də bütün Rusiya sürətlə inkişaf edəcək. Çeçenistan prezidentinin köməkçisi Adam Delimxanov isə deyib ki, bu gün tarixi bir gündür. Bu hadisə İslam sülh dinidir deyen Çeçenistanın birinci prezidenti Ahmet Kadırovun xeyir dualarıyla mümkün olub.


Mərasimdə olunan çıxış

Ümumilikdə Rusiyada Həzrəti Məhəmməd Peyğəmbərə aid olduğu deyilən üç saç teli var. Peyğəmbərə aid həgigi saç tellərinin kölgə salmadığı və xüsusi ətri olduğu deyilir. 






Fikirlər