KADIROV AVROPA BİRLİYİNİ şoka saldı
Avropa Birliyinin Rusiyadakı rəhbəri Viquadas Uşatskas "Parnas"ın rəhbəri Mixail Kasyanovla danışarkən Ramzan Kadırovun hədələrindən heyrətləndiyini dilə gətirib. Axar.az xəbər verir ki, bu haqda məlumat Avropa Birliyinin Rusiya nümayəndəliyinin saytında yer alıb. Məlumatda deyilir: “Çeçenistan Prezidenti Ramzan Kadırovun öz İnstaqram səhifəsində belə açıq-aşkar kimisə ölümlə hədələməsi çox təəccüblüdür. Avropa Birliyinin Rusiyadakı rəhbəri Viquadas Uşatskas demokratik cəmiyyətlərdə bu cür hədələrin yolverilməz olduğunu vurğulayıb”.
Qeyd edək ki, Çeçenistan prezidenti öz İnstaqram səhifəsində Kasyanovu və digər müxalif qüvvələri snayperlə hədəfə alan video yerləşdirirərək onları hədələyib. (Azərtaym.az)