"KADIROV məni öldürtdürmək istəyir" — Keçmiş baş nazirdən şox açıqlama

"Kadırov məni öldürtdürmək istəyir" — Keçmiş baş nazirdən şox açıqlama

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov Ramzan Kadırovun onun haqqında hazırladığı videoya münasibət bildirib.

Ölkə.az xəbər verir ki, Mixail Kasyanov bunu özünə qarşı sui-qəsdə hazırlıq kimi dəyərləndirir.

Kasyanov rəhbəri olduğu PARNAS hərəkatının daha bir liderinin də zəhərlənməsinə diqqət çəkərək bildirib ki, bu da Kadırovun işidir. Bundan başqa Kasyanov Moskvada qətlə yetirilmiş müxalif lider Boris Nemçovun ölümündə də bütün izlərin Qrozuya aparır.

Xatırladırıq ki, Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkədəki profilində Mixail Kasyanovun şəklini shayperin hədəfinə alaraq paylaşıb.






Fikirlər