PUA hücumu zamanı Vladimir Putin Kremldə olub? - AÇIQLAMA
“Rusiya Prezidenti Vladimir Putin Ukrayna PUA-larının hücum cəhdi zamanı Kremldə olmayıb”. Musavat.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onu da qeyd edək ki, Rəsmi Kreml Kiyevi Rusiya prezidentinə sui-qəsd cəhdində ittiham edib. Buna cavab tədbirinə gəlincə isə Peskov bildirib ki, Rusiya tərəfi lazım bildiyi yer və zamanda cavab tədbirləri görmək hüququnu özündə saxlayır.