Kreml ƏLİYEV, PUTİN və RUHANİNİN görüşəcəyini təsdiqlədi

Kremldə Rusiya, İran və Azərbaycan liderlərinin ilin 2-ci yarısında Bakıda görüşünə hazırlıq aparıldığını təsdiqləyiblər.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəli, belə görüşə hazırlıq gedir və keçirilmə vaxtı tam razılaşdırılıb təsdiq olunduqdan sonra biz məlumat verəcəyik”, - deyə Peskov qeyd edib.
Qeyd edək ki, bundan əvvəl KİV yaxın vaxtlarda Bakıda prezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putinin görüşəcəyi barədə məlumat yaymışdı.






Fikirlər