Putin Soçidə GENERALLARI topladı

Rusiya prezidenti Vladimir Putin Soçidə ölkənin Müdafiə nazirliyi və müdafiə sənaye kompleksinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

 

AzerTaym.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuat katibi Dmitri Peskov bildirib. 

“Prezident... bu gündən Soçidə işləyir. Bu gün Müdafiə Nazirliyi və müdafiə-sənaye kompleksi sektorunun rəhbərliyi ilə növbəti, sayca 7-ci görüşü keçiriləcək. Bu olduqca yaxşı praktikadır”, - deyə Peskov qeyd edib. 

Peskovun sözlərinə görə hazırda görüşlər davam edir və son görüş cümə günü keçiriləcək. 






Fikirlər