PUTİN Türkiyəyə BAŞSAGLIGI verdi

 Rusiya prezidenti Putinin mətbuat katibi Dmitri Peskov Ankara terroru ilə bağlı açıqlama yayıb.

 AzerTaym.az xəbər verir ki, Putinin köməkçisi Ankaranın mərkəzində baş verən terror aktına Rusiya prezidentinin münasibətini açıqlayıb.

"Prezident Putin Türkiyənin paytaxtı Ankarada baş vermiş qanlı terror aktını sərt şəkildə pisləyir və terroru lənətləyir. Bu terror aktında çox sayda insanın ölməsinə görə dərin təəssüf hissi keçirir və türk xalqının dərdinə şərik olduğunu bildirir. Prezident Putin dünyadan köçənlərə Allahdan rəhmət və yaralananlara tezliklə sağalmaq diləyir", deyə Peskov Putinin başsağlığı mesajını türk xalqının diqqətinə çatdırıb.

Xatırladırıq ki, dünən gecə Ankarada baş verən dəhşətli terror aktında son məlumatlara görə, 34 nəfər ölüb, 125 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb.






Fikirlər